KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və ASTA İctimai Birliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov arasında görüş keçirilib.

image

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və ASTA İctimai Birliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov arasında görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov arasında görüş keçirilib.
Görüşdə ölkəmizdə sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqinə, KOB-ların sərgilərdə iştirakına, biznes dairələri arasında əlaqələrin genişlendirilməsi üçün tədbirlərin təşkilinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.