Sərgilərin auditi

ASTA Azərbaycanda UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən sərgi auditlərinin aparılmasına icazə verilmiş yeganə strukturdur.
Sərgi statistikasının auditi müstəqil auditorun sərginin statistik parametrlərini yoxladığı və təsdiq etdiyi prosedurdur: iştirakçıların, ziyarətçilərin sayı, sərgi sahəsi, iştirakçı ölkələrin sayı və siyahısı. Parametrlər UFI Audit Qaydalarına uyğun olaraq yoxlanılır. Sərgi statistikasının auditi nəticəsində auditor şirkəti tədbir təşkilatçısına auditinin başa çatması haqqında şəhadətnamə verir.