




Bu gün Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə İştirakın Səmərəliliyini Necə Artırmaq Olar" mövzusunda intensiv praktiki seminar keçirilir.
Bu gün Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə İştirakın Səmərəliliyini Necə Artırmaq Olar" mövzusunda intensiv praktiki seminar keçirilir. Tədbirin açılış mərasimində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının idarə heyətinin sədri Fərid Məmmədov çıxış edib.İntensiv praktiki seminar 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin Baş direktoru Nikolay Karasev tərəfindən keçirilir. Seminar 2006-cı ildən bəri 25.000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.
Seminarda sərgi iştirakçıları öz uğur hekayələrini, sponsor şirkətlər isə uğurlu təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.