«Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası»nın İdarə Heyətinin sədri Fərid Məmmədov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə sərgi sahələrində əməkdaşlıq müzakirələri aparıb

image

 6 fevral tarixində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Məmmədov ilə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və Meksika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Alberto Villa Villeqas arasında görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında konqres-sərgi sahələrinin qarşılıqlı inkişafına dair müzakirələr aparılıb. Həmçinin Azərbaycanda keçirilən sərgilər ilə bağlı fikir mübadiləsi aparılıb, Meksikadan olan şirkətlərin bir çox sərgilərdə fəal iştirakı və xüsusi ilə “Rebuild Karabakh” sərgisində iştirak edərək Qarabağın bərpasında mövcud layihələrlə tanış olma imkanını əldə edəcəklərinə dair fikirlər səsləndirilib.