
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası UFI tərəfindən sərgi auditi aparmaq hüququnu alıb
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən sərgi auditi aparmaq hüququnu alıb və bununla da ölkədə sərgi auditlərinin aparılmasına icazə verilmiş yeganə struktur olub. Sərgi statistikasının yoxlanılması nəticəsində auditor tədbirin təşkilatçısına xüsusi Sertifikat təqdim edir.
